top of page

PRESENT SIMPLE and PERSONAL PRONOUNS

TO BE – mənası “olmaq” deməkdir. TO BE felinin açılışı indiki zamanda belədir: (am → is → are). Əgər cümləmizdə “TO BE” felinin hər hansı bir açılışından istifadə etmişiksə, həmin cümlənin inkar və sualını “to be”-nin o açılışı ilə düzəldirik.

MƏSƏLƏN: I am a pupil    →     I am not a pupil     →     Am I a pupil?

İnkar zamanı → “TO BE” -nin açılışında olan hissəcikdən sonra “not” yazılır.

Sual zamanı → “TO BE” -nin açılışında olan hissəcik cümlənin başına qoyulur, belə deyə bilərik ki,

mübtədadan qabağa gəlir.

İngilis dilində cümlə qurulanda birinci yerdə mübtəda, ikinci yerdə isə xəbər gəlir.

He is a pupil.               

He is not a pupil.              

İs he a pupil?               

İs not = isn’t                                                           

They are pupils.

They are not pupils.            Are they pupils?

Are not = aren’t

Elə ola bilər ki, bizə verilən cümlədə “TO BE” hissəciyinin heç bir açılışından istifadə olunmasın. Bu zaman verilmiş cümlənin inkar və sualını ya “DO” “DO NOT = DON’T” ya da “DOES” “DOES NOT = DOESN’T” ilə düzəldirik.

He works            

He doesn’t work           

Does he work?                                                           

I go

I don’t go

Do I go?

Əgər cümlədəki mübtədamız 3-cü şəxsin təkindədirsə bu zaman biz “DOES” – dan istifadə edəcəyik. 3-cü şəxsin təki dedikdə biz → “HE” “SHE” “İT” və bunlarla əvəz olunmuş isim başa düşürük. Məsələn bəzən cümlədə adlardan istifadə olunur (Arzu, Fərid, Vüsalə, Əli və s.) bu zaman bunlarda 3-cü şəxsin təki sayılır çünki biz Arzu adının yerinə onun şəxsini yəni qadın cinsi olduğu üçün “SHE” qoya bilirik və yaxud  Əli adının yerinə kişi cinsi olduğu üçün “HE” qoya bilirik. Bu cansız isimlərdə də baş verir. Məsələn cümlədə bizə (the book, the table, the pen və s.) verə bilər. Biz bunuda 3-cü şəxsin təki sayırıq çünki mən “the book” sözünün yerinə “it” əvəzliyini yaza bilirəm.

“Arzu goes to school” vs “She goes to school”

“Does Arzu go to school?” vs “Does she go to school?”

“Arzu does not go to school” vs “She does not go to school”

Nümunələrdə göründüyü kimi 3-cü şəxsin təki işlənmiş cümlələrdə biz xəbərin sonuna “s” və yaxud “es” şəkilçisi artırırıq. Bu şəkilçi biz cümləyə sual verdikdə və ya o cümlənin inkarını düzəltdikdə düşür.

Məsələn: “TO GO” (getmək)       

He goes

She goes         

He\She doesn’t go                   

Does he\she go?                               

Məsələn: “TO BUY” (almaq)       

He buys

She buys        

He\She doesn’t buy                  

Does he\she buy?                               

İnkar cümləsində “DOES NOT = DOESN’T” xəbərdən əvvəl yazılır, sual cümləsində isə “DOES” cümlənin başına keçir və cümlə olduğu kimi qalır.

Yerdə qalan əvəzliklərdə isə “DO” “DO NOT = DON’T” – dan istifadə edəcəyik.

Yerdə qalan əvəzliklər dedikdə bunlar nəzərdə tutulur:

I (Mən)   YOU (Sən, siz)    WE (Biz)   THEY (Onlar)

I \ YOU \ WE \ THEY go to the market.

Do I \ YOU \ WE \ THEY go to the market?

I \ YOU \ WE \ THEY do not go to the market.

İnkar cümləsində “DO NOT = DON’T” xəbərdən əvvəl yazılır, sual cümləsində isə “DO” cümlənin başına keçir və cümlə olduğu kimi qalır.

bottom of page