top of page
Search

10 Top Tips for improving your spoken English


Bir dili öz üzərində işləməklə öyrənmək mənə bir sir öyrətdi. Bu post’umuz həmin sirlərlə əlaqəli olacaq.

Bir dil yalnız qrammatika qaydalarından və sadə lüğətdən ibarət deyil.

Bir dili yaxşı bilmək tamamilə yeni bir mədəniyyətin dərk edilməsi və bəzi şeylərə çox fərqli bir tərəfdən yanaşmaq deməkdi.


Yalnız bir dərslik oxumaq, bizim ingilis dilində danışmağımızı inkişaf etdirə bilməz.

Bu yazıda sizə ingilis dilini inkişaf etdirmək üçün ən yaxşı tips’ləri (tövsiyə) qeyd etmişəm.

*Beginner və ya Advanced learner olmanızdan asılı olmayaraq bu tips’lərdən istifadə edərək dilinizi inkişaf etdirə bilərsiniz. Bugünki blog post’umuzda ilk 5 tips:

1. Practice to think English (İngiliscə düşünmək)


Bir qayda olaraq, ingilis dilində səlis danışmağın ən vacib açarı ingilis dilində düşünmək bacarığıdır. Bu bacarığı inkişaf etdirməyə kömək edən bəzi faydalı tips’lər:



· Dillər arası tərcümə etmək vərdişini dayandırın · Sözləri axtarmaq üçün ingilis dili lüğətindən istifadə edin (çalışın bir sözün mənasını öz dilinizə tərcümə etməyin, ingilis dilində mənasında öyrənin) · Hər yerdə, hər zaman ingilis dilində düşünməyə çalışın. Bir tələbəm dilini inkişaf etdirmək üçün getdiyi hər yerdə əşyaları və insanları ingilis dilində təsvir etməyə çalışdığını qeyd etmişdi.


Siz də eyni qaydadan istifadə edə bilər və ya öz üsulunuzu yarada bilərsiniz. İngilis dilində düşündüyünüz zaman ingilis dilində danışmağın daha asan olduğunu görəcəksiniz.



2. Talk to yourself in English (Özünüzlə ingilis dilində danışın)


Evdə olduğunuz zaman ən sevdiyiniz şəxslə ingilis dilini praktik edə bilərsiniz: bu da sizsiniz.




• Sevdiyiniz ingilis dilli kitabları yüksək səslə oxuyun


• Müəyyən mövzu ilə əlaqədar öz şəxsi fikirlərinizi ingilis dilində dilə gətirin.


• Güzgü qarşısında danışmağı yoxlayın.


• Oxuduğunuz və ya danışdığınız zaman səsyazma cihazından istifadə edin. Dinlədiyiniz zaman səhvlərinizi tapa bilər üzərində işləyə bilərsiniz (məsələn: pronunciation - tələffüz, və ya the pros and cons of tone – vurğu...)


Bu metodun ən əhəmiyyətli faydası odur ki, bir müddət sonra artıq ingilis dilində danışdıqda daha rahat hiss edəcəksiniz.


3. Get a friend or partner to practice



*Praktik etmək üçün bir dostunuzun və ya partnerinizin olması daha əlverişlidir.

Native speaker (dili ingilis dili olanlar) tanışınız varsa dili inkişaf etdirmək sizin üçün daha asan olacaq.

İnternet üzərindən belə insanlarla tanış olub ingilis dilində danışa bilərsiniz.



4. Read English books/newspapers



*İngilis dilində kitab oxumaq yeni sözlər öyrənmənizə və rahat cümlə qurmanıza kömək göstərəcək.


Əsas məsələ sizə uyğun olan ( yəni həm səviyyə, həm də maraq dərəcəsi) kitabı seçə bilməkdi.



5. Watch English TV Shows, Movies


İngilis dilində TV şoularını və ya YOUTUBE videolarını izləmək sizə dil inkişafında faydalı olacaq. Bunu necə edə bilərik?



• Sevdiyiniz TV proqramının qısa hissəsini seçin.


• Danışanların dediklərini təkrarlamağa çalışın


• Eyni onların dedikləri formada ( tone, speed, even the accent) cümlələri deməyə çalışın – hətta səsyazma cihazı ilə səsinizidə yaza bilərsiniz.


• İngilis dilində yeni mahnı öyrənməyə çalışdığınızı və müğənni kimi yaxşı mahnı oxumaq istədiyinizi düşünün. Bir neçə söz ötürməyinizin önəmi yoxdur, əsas məsələ danışmağı davam etdirməkdi.


Bu metodu dəfələrlə tətbiq etməklə görəcəksiniz ki, ingilis dilində “Native” şəklində danışma yolunda irəliləyirsiniz.


Kitab oxumaqdan yorulmusunuzsa, film izləyərək öyrənə bilərsiniz. Bu dil öyrənməyin ən əyləncəli yoludur. Altyazılı ingilis dili filmlərini seçə bilərsiniz.


TİP: “FRIENDS” filmini sizə tövsiyə edə bilərəm. Komedi filmi olduğu üçün həm gülə bilər, həm də yeni sözlər və cümlələr öyrənərək danışığınızı inkişaf etdirə bilərsiniz.


Növbəti post’da son 5’ə aid olan tips’ləri də qeyd edəcəm.

Heç bir zaman səhv eləməkdən qorxmağın! Praktik etmək hər zaman vacibdir...


 
 
 

Comments


bottom of page